28 Avqust 2015 00:30
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ruhəngiz Allahverdiyeva gəlini ilə münasibətindən danışıb.

İfaçı Teleqraf-com-a gəlini ilə münasibətində heç vaxt problem yaşamadığını qeyd edib: “Mən ideal qaynana, gəlinim isə ideal gəlindir. Bu günə qədər də aramızda heç bir gərginlik yaşanmayıb. O mənim ürəyimdir. Heç vaxt gəlinimə heç nəyi tövsiyə etmirəm. Çünki, hər şeyin yerini bilir və çox yaxşı qızdır. Hər insanın öz düşüncəsi və inandığı gəlini var. Gəlin-qaynana münasibətlərini də qorumaq üçün bir-birini yaxşı başa düşməli və hörmət etməlisən”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər