30 May 2014 00:04
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rep ifaçısı Anar Nağılbazdan xəbər var.

Sənətçi Teleqraf.com-a açıqlamasında deyib ki, Azərbaycanda ilkə imza atacaq. Söhbət büdcəsi 140 min avrodan da yüksək olacaq “Many-many” adlı yeni mahnıdan gedir.

A.Nağılbazın sözlərinə görə, “repüslüb” adlanacaq ifasında o, Ramaşla deyişəcək.
“Klipə yüksək məbləğdə pul buraxılacaq”-deyən repçi onu da əlavə edib ki, təşkilatçılar daha əliaçıq davranacaqlar:

“Belə ki, onlar klipə yüksək məbləğdə pul xərcləməklə yanaşı, küçələrə pul səpəcəklər. Bunu mən edəcəyəm. Hələ ki, təşkilatçıların adlarını açıqlamaq istəmirəm”.

Aytən Həsənova


Müəllif: