Xalq artisti Mələkxanım Əyyubova Aynişan Quliyevanı Türkiyədə şam yeməyinə dəvət edib.
Teleqraf.com xəbər verir ki, bu haqda əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə məlumat verib: “Azərbaycan musiqisində izi qalacaq Mələkxanım Əyyubova öz ailəsi ilə İstanbulda olarkən mənim balamın dərsi, işi ilə maraqlanıb və ailə yeməyinə dəvət edib. Nə deyəcəyimi bilmirəm. Bu məsələlərdə həssas olduğumu deməyə bilmərəm. Mənim üçün belə addımların qiyməti yoxdur. Öz balasının qədrini, dəyərini bilən sənətkar başqasının da balasını öz balası hesab edir. Sözün qısası Mələkxanım, sizə sonsuz təşəkkür edirəm və nə yaxşı ki, varsınız. Nənə adının davamını və nəticələrini görməyinizi arzu edirəm”.
Rəqsanə Həsənova