28 Avqust 2015 20:02
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elza Seyidcahan millət vəkilli seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb.

Müğənni Teleqraf.com-a bildirib ki, ilk işi şou-biznesə əl gəzdirmək olacaq: “Hər zaman ekologiyanın, ətraf mühitin və heyvanların qorunması kimi qeyri-adi layihələrimlə fərqlənmişəm. Mənə ətrafımdakı insanlar “uğur böcəyim” deyirlər. Elza Seyidcahan olan yerdə dava-dalaş, söz-söhbət olmur. İlk növbədə çalışacam ki, sənət insanları arasında sülh, mehribanlıq olsun. Əsas şüarım da budur. Çünki, şou- biznesdə qruplaşma yaradanlar və bir-birinə paxıllıq edənlər var. Yeni Azərbaycan Partiyasının fəxri üzvüyəm. Təbii ki, millət vəkili seçildikdən sonra sənətimdən də uzaqlaşmayacam. Mən istəyirəm ki, xalqımız məni diplomat xanım kimi görsün. Hələ ki, hansı dairədən seçkilərə qatılacağımı sirr saxlayıram”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər