Müğənni Rəqsanənin qızı Aysun İsmayılova şəxsi həyatı haqqında danışıb.
O, Teleqraf.com-a bildirib ki, evlənəcəyi insanın pulunun çox olması önəmli deyil: “Əsas odur ki, evlənəcəyim insan məni sevsin. Varı, pulu, hansı işdə çalışması önəmli deyil. Təbii ki, mənə də yaraşmalıdır”.
Bir müddət əvvəl türkiyəli müğənni Ozan Koçer ilə sevgi münasibətlərində olduğu barədə xəbəri yayılsa da, Aysun o haqda danışmaq istəmədi: “Ozan ilə münasibətimiz haqqında heç nə deyə bilmərəm”.
Modelyer kimi fəaliyyət göstərən A. İsmayılova geyimlərinə də çox pul xərclədiyini dilə gətirdi: “Geyimim haqqında danışacam, deyəcəklər ki, yekəxanalıq edir. Bir insan modelyerdirsə, çox da pul xərcləməlidir. Bəzən ayda paltara 60 min manat pul xərcləyirəm. Çünki “butiklərdən” geyinirəm. Hazırda geyindiyim şalvar öz kolleksiyamdandır və qiyməti 100 manatdır. Aksessuarları çox sevirəm. Adətən, aksesuarlarımı mama alır. Ayaqqabı xəstəsiyəm. Çox sadə bir ayyaqabını 5-6 minə almışam. Pulu boş yerə deyil, gözəl görünmək üçün xərcləyirəm. Və inanıram ki, bunu da bacarıram. Mütləq deyil ki, bütün paltarlarım marka olmalıdır. Qiymətindən asılı olmayaraq, xoşuma gələn paltarları da ala bilərəm”.
“Bir ovuc sonsuzluq” filmində rol alan Aysun gələcəkdə məşhur aktrisa olmaq istəyini də gizlətmədi: “Türkiyədə Ayla Alqanın tələbəsiyəmsə, tanınmış aktrisa olmaq istəyərəm. Hazırda mənə Türkiyədən məşhur filmlərdən təkliflər gəlir. Və oradan üç ay əvvəl gəlmişəm. Sentyabrın 14-də Türkiyəyə gedib müqavilə imzalayıb qayıdacam. Çox tanınmış bir müğənninin klipində çəkiləcəm”.
Yaradıcılıq planlarlarından danışan müğənninin qızı aparıcı kimi də fəaliyyətə başlayacağını qeyd etdi: “Yeni veriliş aparacam. Proqramda türklər və azərbaycanlı müğənnilərimiz iştirak edəcək. Hətta məşhurların evlərinə də gedəcəm”.
Aysun onu da qeyd etdi ki, anası müğənni Rəqsanə İsmayılova ilə ana yox, rəfiqə münasibətindədirlər: “Mən elə bir qızam ki, tövsiyə etməyə ehtiyac olmur. Bəzən deyir ki, qızım ağıllı ol, onu etmə, bunu etmə və s. Amma bizdə məsləhət var, tövsiyə yoxdur. İnanıram ki, anam mənimlə fəxr edir”.
Rəqsanə Həsənova