Dekabrın 25-də rejissor Piter Landesmanın “Silkələnmə” dramının dünya premyerası baş tutacaq.
Teleqraf.com xəbər verir ki, film həkim Bennet Omalu barədədir. O, sübut edib ki, Amerika futbolçularının baş beyninin degenerativ xəstəliyi çoxsaylı beyin silkələnmələrinin nəticəsidir. Omalunun əməyinin nəticələrinin paylaşılmasına Milli Futbol Liqası mane olurdu.
Ekran işi Janna Mari Laskasın 2009-cu ildə GQ jurnalında çıxan "Düşüncə oyunu" məqaləsi əsasında çəkilib. Materialda məhkəmə tibbi eksperti Bennet Omalu barədə danışılırdı. O, 2002-ci ildə Milli Futbol Liqasının oyunçusu Mayk Vebsterin bədənin yarılması zamanı beyinin travmatik zədələnməsini aşkar edib və o zaman öz nəzəriyyəsini irəli sürüb.
Filmdə hadisələr idman biznesinin mövcud olduğu siyasi, mədəni və korporativ maraqların toqquşması fonunda baş verir. Filmdə baş rolu Uill Smitt ifa edir, onunla birlikdə filmdə Alek Bolduin, Devid Mors və Lyuk Uilson çəkilib.
Rüstəm