2 Sentyabr 2015 00:38
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məhkəməyə təqdim edilən sənədlər saxtadır"

Prodüser Tarix Əliyev ( Tolik) "İnstaqram" səhivəsində müğənni Natavan Həbibi ilə məhkəməsi haqqında yazıb.

Teleqraf.com xəbər verir ki, prodüser Natavan Həbibinin məhkəməyə təqdim etdiyi bir sıra sənədlərin saxta olduğunu qeyd edib: "Bildiyimiz kimi, Həbibova Natavan mənə qarşı iddia qaldıraraq, guya onun haqqında kütləvi informasiya vasitələrində yalan məlumatlar yaydığıma görə üzr istəməyimi tələb edirdi. İş materialları olan sənədlərə qiymət verən məhkəmə bu tələbi əsaslı sayaraq iddianı təmin edib. Apellyasiya və kassasiya instansiyaları qətnaməni dəyişdirmədən qüvvədə saxladılar. Lakin işin icra mərhələsində məlum oldu ki, Natavan Həbibovanın (nümayəndəsi vasitəsi ilə) məhkəməyə təqdim etdiyi bir sıra sənədlər saxta imiş. İşin gələcəkdə obyektiv və qərəzsiz həll edilməsi üçün sənədləri konkret göstərmək istəmirəm. Hazırda vəkilim Rövşən Mərəndskiy tərəfindən aidiyyatı orqanlara qanunamüvafiq qaydada müraciət edilib. Habelə, Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti veriləcəkdir".

Rəqsanə Həsənova


Müəllif: