“Salam Azərbaycan” verilişinin aparıcısı Aytən Səfərova ANS-dən çıxması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Aparıcı Teleqraf.com-a bildirdi ki, hazırda analıq məzuniyyətindədir: “ANS-dən çıxmamışam və analıq məzuniyyətindəyəm. İkinci dəfə ana olmağa hazırlaşıram. Ana olduqdan sonra isə ANS-ə qayıtmağım haqqında heç nə deyə bilmərəm”.
Aparıcı ATV-də işə başlaması haqqında yayılan xəbərlərə də aydınlıq gətirdi: “Necə ATV-yə işə düzələ bilərəm? Axı ANS-dən çıxmamışam”.
Rəqsanə Həsənova