"Bozbash Pictures" layihəsinin "Fəlakət"i - aktyor Elşən Orucovun "Axırıncı yol" filminin çəkilişləri zamanı səhhətində problem yaranıb.
Teleqraf.com xəbər verir ki, aparıcı İlkin Həsəni aktyorun əməliyyat edildiyini və özünü yaxşı hiss etdiyini bildirib: "Elşəni birdən sancı tutdu. O, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına, oradan da Bakıya özəl klinikaların birinə gətirildi. Kor bağarsağından əməliyyat edilib və vəziyyəti yaxşıdır. Hələ ki, xəstəxanadan nə vaxt çıxacağı məlum deyil".
Qeyd edək ki, Elşən Orucov da özünü yaxşı hiss etdiyini qeyd edib.
Rəqsanə Həsənova