4 Sentyabr 2015 11:09
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Zamiq Hüseynov “ADDIM Gənclər Təşkilatı” və 28 Cinemanın “Cinemaya ADDIM-la” adlı layihəsinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, layihə çərçivəsində müğənni gənclərlə bərabər amerikan rejissoru Ostin Starkın "Qaçaq" filmini izləyib. O, “Gənclərlə birlikdə film izləməyə və yaradılan şəraitə görə təşəkkürümü bildirirəm. Baxmayaraq ki, mən tez-tez kinoteatrlara gəlirəm. Amma gənclərlə kinonümayiş, özüdə bu film bambaşqa təəsüratlar yaratdı" deyə Zamiq Hüseynov fikrini bildirib.

ADDIM Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə çıxışında gənclərin istəyi davam edən layihənin yeni sezonda daha da rəngarəng olacağına söz verib. O, bu ay Lənkəran gəncləri üçün ilk nümayişlərin olacağını qeyd edib.

Qeyd edək ki, “Cinemaya ADDIMla” layihəsi çərçivəsində nümayiş olunan "Qaçaq" filmində baş rolu əfsanəvi aktyor Nikolas Keyc ifa edir.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər