5 Sentyabr 2015 17:50
1 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Fatimə Fətəliyeva müğənniliyə başlayıb və ifa etdiyi “Arabian” mahnısına çəkdirdiyi klipi təqdim edib.

Bu haqda Teleqraf.com-a açıqlama verən rəqqasə bildirib ki, müğənnilik sənətini davam etdirmək istəmir:

“Məni müğənnilərlə düşmən etməyin. Mən rəqqasəyəm və sənətim rəqsdir. Sadəcə rejissor Nail Naiboğlu təklif etdi ki, klip çəkək. Mahnı oxumaq daxilimdən gəldi. Demirəm ki, super səsim var, məndən yoxdur...Ərəb dili çox çətin dildir və bu dildə oxumaq asan deyil. Elə-belə ağzıma gələni də oxumamışam. Ola bilər ki, ardı gəlsin. Müğənni dostlarıma demək istəyirəm ki, heç bir müğənni ilə işim yoxdur və heç vaxt onlara söz atmamışam. Müğənni müğənnidir, mən isə rəqassəyəm. Gözəl sənətim var, yəni müğənniliyə keçməmişəm və belə bir fikrim də yoxdur. Amma oxuyuram. Firmanın, rəqs məktəbinin rəhbəriyəm və tələbələrim var. Bunlarla yanaşı müğənnilik də etsəm, gərək ölüm”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər