Amerikada yaşayan azərbaycanlı teleaparıcı Günel Hümbətova sosial şəbəkələrin aktiv istifadəçilərindən biridir. Əvvəllər şəxsi şəkilləri ilə izləyicilərinin marağını cəlb edən Günel, artıq ailə fotoları ilə diqqət mərkəzindədir. Belə ki, Hümbətova son vaxtlar həyat yoldaşı və körpəsi ilə olan fotolarını mütəmadi olaraq sosial şəbəkədə paylaşır.
Xatırladaq ki, Günel Hümbətova ötən il Amerikada ailə həyatı qurub.