Müğənni Abbas Bağırov geyim tərzini bəyənməyib onu tənqid edənlərə iradını bildirib.
Teleqraf.com xəbər verir ki, müğənni bu haqda sosial şəbəkədə məlumat verib: “Mənim geyim tərzim özümə məxsusdur və kimsə bəyənmirsə, baxmasın. Bəyənmək məcburiyyətində də deyil. Təbii ki, yalnız təriflər söyləmək lazım deyil, səmimi bildirilən iradları da qəbul edirəm. Amma mənə “bu geyim sənə yaraşmır, səndən zəhləm gedir” kimi sözlər demək ayıbdır”.
Rəqsanə Həsənova