8 Sentyabr 2015 13:15
1 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Eurovision 2011”in qalibi Eldar Qasımovun müsahibəsini təqdim edir.

- Eldar bəy, eşitdiyimizə görə studiya açırsınız.
- Bəli, dostlarımızla bir yerdə studiya açırıq. Böyük bir studiya olacaq və əksər vaxtımı orada keçirəcəm. Mənimlə işləyən insanlarla Azərbaycan və xarici musiqi bazarı üçün yeni mahnılar yazacağıq. Yaxın günlərdə “Duman” mahnısı çıxacaq. Mahnı üç dildə olacaq.

- Studiyanızda digər müğənnilər də fəaliyyəti göstərə biləcəklər?
- Əvəlcə onu deyim ki, uşaqlarla bir yerdə işləməyə başlayandan bizim beynimizdə studiya yaratmaq ideyası yaranmışdı. Hansı ki, əsl müğənnilər və musiqiçilər özlərini tapa bilsinlər. Ümumiyyətlə, bütün müğənnilər stydiyamıza gəlib öz məharətlərini göstərə bilərlər.

- Studiya üçün nə qədər maliyyə sərf etdiniz?
- Maliyyə haqqında danışmaq istəmirəm.

- Bir az da şəxsi həyatınızdan danışaq. Hazırda həyatınızda sevdiyiniz xanım varmı? Ailə qurmağı düşünürsünüzmü?
- Həyatımda kiminsə olması haqqında danışmağı sevmirəm. Ümumiyyətlə, ailə qurmağın nə yaşı var, nə də planı…Bu məsələlər qismətlə bağlıdır. Sevgini axtarmaqla tapmaq olmaz. Deyərəm ki, bir-iki ilə ailə quracam, amma iki gündən sonra elə bir insan qarşıma çıxa bilər ki, evlənərəm. Bunlar qəlb məsələləridir. Mən şəxsi həyatım haqqında bu cür düşünürəm və belə də yaşayıram.

- Əcnəbi xanımla ailə qurarsınız?
- Əlbəttə ki, qura bilərəm. Sevgi nə vücuda, nə də xarici görünüşə baxır. Mənim üçün ilk baxış çox önəmlidir. Gözəl xanım, boylu- buxunlu, gözəl saçlı və gözlü xanım axtara bilərsən. Amma əsl sevgi başqa şeydir. Birdən elə xanımlarla rastlaşıram ki, danışan zaman o məkandan qaçmaq istəyirəm. Mənim üçün əsas xanımın daxili dünyasının zənginliyidir. Bunu bir neçə il əvvəl yaxşı başa düşmürdüm. Hazırda mənim üçün xarici görünüş 10 faiz əhəmiyyət kəsb edir. Ona görə düşünürəm ki, evlənəcəyim xanım həm azərbaycanlı, həm də xarici ola bilər. Sevgi sərhəd tanımır.

- Xanımlarda daha çox sevdiyiniz xüsusiyyət nədir?
- Düzünü deyim ki, son zamanlar münasibətlər çox korlanıb. Sevgi hissini, münasibətləri ucuzlaşdırıblar. Əlbəttə ki, bunu hər kəsə aid etmirəm. Əsl sevgi yaşayanlar da var. Amma ətrafıma nəzər saldıqda bunu çox az görürəm. Sevgi olmayanda sənət də, incəsənət də olmur. Mahnı da yazdıra bilmirsən. Əsl sevgi solur. Xanımlarda xoşuma gələn xüsusiyyət səmimiyyətdir. Nəinki mənimlə, hətta ətrafdakı insanlarla da səmimi olsunlar. O zaman bilərəm ki, bu insan mənimlə oynamır, həqiqətən səmimidir. Çox istərdim ki, evlənəcəyim xanım zəhmətkeş olsun və öz ayaqları üzərində dayana bilsin. Hər bir insan yanında uğurlu, ağıllı bir insan görmək istəyir. Amma onu mənə göstərməsin və bildirsin ki, mən ondan ağıllıyam. Düşünürəm ki, xanımın əsas işi kişinin idarə etməkdir. Amma elə bildirsin ki, bəy həyatı idarə edir. Əlbəttə ki, xanımların səmimi olması ilə yanaşı vəfalı olmasını da çox sevirəm.

- Mətbuatda bildirmisiniz ki, evlənəcəyiniz xanımının yemək bişirməsini istəmirsiniz . Bəs özünüz hansı yeməkləri bişirə bilirsiniz?
- Bəli, ailə quracağım insanın yemək hazırlamasını istəmirəm. Çünki səhnə, sənət formada qalmağı tələb edir. Mən isə daha çox öz ideyalarıma uyğun yeməklər hazırlayıram. Ümumiyyətlə, xanımım heç vaxt yemək bişirməsini istəmirəm, bişirsə də, ayda bir dəfə ola bilər. Çünki yeməyi çox sevirəm. Evdə yemək çox olan zaman çox yeyə bilərəm, kalorisinə baxmadan. Ona görə də yemək bişirməyən xanım mənim üçün daha əhəmiyyhətlidir. Özüm də evdə ürəyim nə istəsə, bişirə bilərəm. Ən sevdiyim və tez-tez bişirdiyim yemək öz ideyamla hazırladığım yeməkdir. Belə ki, mal və toyuq əti fərqi yoxdur. Hansı ət olsa qızardıb, üzərinə göbələk, bibər və xama əlavə edirəm. Bu yeməyi bir dəfə hazırladım və sonra xoşuma gəldiyinə görə hər zaman hazırlamağa başladım. Bu yeməyi öz reseptim hesab edirəm(gülür).

- “Eurovision” müsabiqəsindən sonra sizi imkanlı gənc müğənni kimi tanıyırlar, hətta mətbuatda yaxtanızın olması haqqında xəbər yayılmışdı. Ümumiyyətlə, özünüzü varlı hesab edirsinizmi və ulduz həyatı yaşayırsınızmı?
- Sadəcə deyə bilərəm ki, həyatda özümü xoşbəxt insan hesab edirəm. Pul əsas deyil, həyatda yaxşılıq etmək önəmldir. Onsuz da heç bir şeyi özümüzlə aparmayacağıq. Əlbəttə ki, hər birimiz yaxşı geyinməyə, yaşamağa və yaxşı evlərdə yaşamağa çalışırıq. Bahalı maşınları sürmək istəyirik. Mən onlar olmadan da yaşaya bilərəm. Mənim üçün əsas daxili zənginliyimdir. Bütün insanlara da xoşbəxt olmağı arzu edirəm. Çünki həyatda əsas budur.

- Sənətdə özünüzə rəqib besab etdiyiniz müğənni varmı?
- Mən heç nəyə rəqabət kimi yanaşmıram. Hər müğənninin öz tamaşaçı auditoriyası var. Əgər mən sənətimə əvvəldən bu cür yanaşsaydım, karyeramda heç vaxt bu zirvəyə çata bilməzdim. Eləcə də ölkəmizi xaricdə təmsil edə bilməzdim. Çünki daxilən başqa cür formalaşardım və Avropa məni qəbul etməzdi. Düşünürəm ki, sənətə o cür yanaşmaq olmaz. Sadəcə istəyirəm ki, mahnılarımı dinləyənlər özlərini daha xoşbəxt hiss etsinlər. Yəni özlərini bu dünyada yalnız hiss etməsinlər. Bilsinlər ki, yaşadıqları hissləri mən də keçirirəm. Musiqilərimdə öz həyat tarixcəmi danışıram. Ona görə də məni dinləyən insan başqa bir müğənnini də dinləyə bilər, həm Bakıda, həm də xarici ölkələrdə. Ümumiyyətlə, zövqlər çox müxtəlifdir. Mənim üçün önəmlidir ki, heç olmasa, dünyada bir nəfər mənim mahnılarıma qulaq asır, orada özünü tapır. Əgər onun əhval-ruhiyyəsi yaxşı olursa, bu, mənim üçün artıq qələbə deməkdir.

- Mahnılarınızda çatdırdığınız hisslərin öz həyatınıza da uyğun olduğunu bildirdirirsiniz. Tez-tez yalnızlıq yaşayırsınız?
- Əslində, yalnızlıq hissini, tək qalmağı çox sevirəm. Ətrafımda çoxlu dostlarım, tanışlarım olsa da, qapını bağlayıb, tək qalmağı və bir neçə saatlıq özümə gəlməyi xoşlayıram. Hər şeyi düşünürəm və sonra dostlarımın qarşısına çıxıram. Təbii ki, hər zaman da tək qalmağı sevmirəm. Yanımda çoxlu çalışan insanlar var. Səhərdən axşama qədər onlarla işləyirik, yaradıcılıqla məşğul oluruq. Nə isə yazırıq, pozuruq. Məndə belə bir xüsusiyyət də var ki, hansısa restoranda 5-10 nəfərlə otursam da, orada özümü daxilən tək hiss edə bilərəm. Bu mənim ən vacib xüsusiyyətlərimdən biridir.

- Nigar Camal ilə münasibətiniz necədir? Və qarşıda duet oxumaq fikriniz varmı?
- Hələ ki, duet oxumaq fikrim yoxdur. Çünki başqa işlərlə çox məşğulam. Hərdən Nigarla hansısa tədbirlərdə görüşürük, danışırıq. Eşitdiyimə görə hazırda Türkiyədədir və orada işləyir. Mən də Bakıda və Ukraynada oluram. Ona görə də bizim görüşməyə vaxtımız olmur.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər