“Oğlumu lazım olsa, özündən yaşca böyük qızla evlənməsinə icazə verərəm”. Bunu Teleqraf.com-a xanəndə Elnarə Abdullayeva bildirib.
“Peyğəmbərimiz özündən böyük xanımla evlənib və bəyənibsə, biz kimik ki, razı olmayaq. Oğlum yaşda özündən böyük qız sevsə, evlənməsinə razılıq verərəm. Gəlinimin xarakterinin özüm kimi olmasını istəyirəm, amma sənətçi olmasını istəmirəm. Qeyrətli, namuslu, ailəsinin qədrini bilən qız olsun. Yekəxana insanları sevmirəm və istərdim ki, gəlinim də yekəxana olmasın. Məndən olsa, oğlumu 11-ci sinifi bitirən kimi evləndirirəm. Düzdü, məktəbi, universiteti bitirməsi və formalaşması lazımdır. Belə bir söz var: “Tez evlənən ilə tez yuxudan oyanan uduzmaz”. Gəlinimin sənəti mənə lazım deyil. Evdə otursun, ailəsinə qulluq etsin. Arvadın bayırda nə işi var?! Allah bütün xanımlara kişi çörəyi qismət etsin”, deyə müğənni bildirib.
Rəqsanə Həsənova