8 Sentyabr 2015 18:20
810

Aparıcı Kamilə Babayeva ATV-də “5-ci element” verilişinin aparıcılarından biri olaraq efirə çıxacaq.

Bu haqda Teleqraf.com-a açıqlama verən aparıcı yoldaşının ona hər zaman dəstək olduğunu bildirib: “Yoldaşım məni sənətdə çox dəstəkləyir. O barədə heç bir problemimiz olmur. Hətta mənə ruh yüksəkliyi verir. Bilir ki, mənim işim budur və həyatımın bir dövrünü televiziyaya, kinoya ayırmalıyam. Ümumiyyətlə, vaxtımın çox hissəsini ailəmə ayırdığıma görə elə bir problem yaşamırıq”.

Aparıcı “5-ci element” verilişinin çəkilişlərinin həftə sonu başlayacağını da əlavə edib.

Qeyd edək ki, verilişdə Kamilə Babayeva ilə yanaşı Rüfət Ağayev, Hüsniyyə Məhərrəmova və Ranar Musayev də iştirak edəcək.

Rəqsanə Həsənova


Müəllif:
Загрузка...