11 Sentyabr 2015 12:59
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Leyla ilə ayrıldıqdan sonra ikinci dəfə ailə həyatı qurmaq haqqında düşünmürəm".


Ans press-in məlumatına görə, bu sözləri müğənni və biznesmen Emin Ağalarov Rusiya KİV-ə müsahibəsi zamanı deyib.


"Baxmayaraq ki, Leyla ilə münasibətimiz gözəldi, lakin ailə həyatımız uğursuz oldu. Mən boşanmanı uğursuzluq hesab edirəm. İkinci dəfə ailə həyatı qurmaq haqqında hələ ki düşünmürəm. Buna heç vaxtım da yoxdur. Mənim uşaqlarımın tərbiyəsi bütün gücümü və vaxtımı alır. Həmçinin, musiqi karyeramla məşğul oluram və idarə etdiyim böyük biznesim var. Yeni ailə həyatı, qismət olsa, yaranacaq. Hər şeyin öz vaxtı var"- deyə Emin Ağalarov əlavə edib.

Leyla Əliyeva və Emin Ağalarov 30 aprel 2006-cı ildə ailə qurublar. Onların ailəsi böyük sevgi və hörmət üzərində qurulmuşdu. 1 dekabr 2008-ci ildə cütlüyün Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib. Cütlük bu ilin 31 may tarixində boşandıqlarını elan ediblər. Eminlə ailə həyatına son qoyan Leyla Əliyeva bu ilin iyulunda Əminə adlı bir qız uşağını övladlığa götürüb.


Müəllif:

Oxşar xəbərlər