Rejissor Kənan M.M. yenidən mərhum reper Hüseyn Dəryanın oğlu Cahangirlə bir araya gəlib.
Axşam.az-ın məlumatına görə, rejissor reperin oğlu ilə çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşaraq “Biz yenə bir yerdəyik” yazıb.
Qeyd edək ki, Cahangir Hüseyn Dəryanın Sona İbadova ilə nikahından dünyaya gəlib. Kənan bu yay Cahangiri atası haqda onun ölüm ildönümünə həsr olunmuş “Yat dostum” klipinə də çəkmişdi.