Bu gün mətbuatda əməkdar artist Aybəniz Haşımovanın əməliyyat ediləcəyi və ürəyində problem yarandığı haqqında məlumat yayılıb.
Əməkdar artist Teleqraf. com-a açıqlamasında xəbərin yalan olduğunu və ürəyində problem yaranmadığını bildirdi: “Düzdür, hazırda Respublika Diaqnostika Mərkəzindəyəm, amma ürəyimdə problem yoxdur. Təzyiqim qalxmışdı, həkimlər aşağı salıblar, çox sağ olsunlar. Hazırda müayinə edirlər və qorxulu heç nə yoxdur. Dünən gecə təzyiqim çox qalxdı. Xalq artisti İlham Əsgərov rəhmətə getdi. Görünür, hamısı üst-üstə yaşandı və təzyiqim qalxdı. Sənət adamları həssas olurlar. Bir balaca bir şey olan kimi narahat oluruq. O ki qaldı dahi sənətkarları ölümünə. Bu çox pis xəbər oldu. Xəstəxananın rəhbərliyinə və Rəşad doktora çox təşəkkürümü bildirirəm və hazırda yaxşıyam”.
Rəqsanə Həsənova