Əməkdar artist Elza Seyidcahan yenidən xalq artisti İlhamə Quliyevanın onun haqqında dediklərinə münasibət bildirib.
Teleqraf. com xəbər verir ki, əməkdar artist bu haqda “Günə Baxan” verilişində bildirib: “Əxlaq hər şeyi əvəz edə bilər, amma əxlaqın yerini heç bir əvəz edə bilməz. Yaxşı titular varsa ona layiq olmağa çalışmalıyıq. Bu gün mən əməkdar artistəm və fəxri adıma da layiq hərəkət edirəm. Vaxt olacaq şöhrət ordeninə qədər yüksələcəm, amma şöhrət ordenli şərəfsiz olmayacam. Mənim üçün əməkdar artist balaca ad deyil və bu ada gənc yaşımda layiq görülmüşəm. Ayaq yumağa gəldikdə isə, onun ayağını yumamışam və hədiyyə də verməmişəm. Çünki ona “Ağ çiçəyim” adlı bəstəmi vermişəm və ifa edib. Mahnı ona çox böyük hədiyyədir. Onun ayağını yumamışam. Sadəcə seçkilər zamanı Tovuzda idik, gördüm ki, vəziyyəti yaxşı deyil, gözləri qızarıb, böyük vannada su gətirdim ki, 43 ölçülü ayaq o qaba sığışsın. Ayağına su gətirdim. Nə var ki, burda? Bu gün də ayağına su gətirərəm. Ayağını yumamışam, yuyaram. Çünki Allah ona şəfa versin. Sən bizim qoca sənətkarımızsan. Onu da deyim ki, sənət adamları arasında çaxnaşmanı yaradan bu adamdır. Sübutunu da deyərəm. Mən istəmirəm onunla bir yerdə oturum və eşidim ki, Flora Kərimova budur. Bu adam heç Zeynəb Xanlarovanı bəyənmir. Bu adam dövlətini də bəyənmir”.
Qeyd edək ki, bir neçə gün əvvəl xalq artisti İlhamə Quliyeva mətbuata açıqlamasında bildirib ki, dəfələrlə evimə zəng edərək bildirib ki, bacısı ilə gəlib qulluğumda durmaq istəyir: “Amma mən onu evimə buraxmamışam, hər bir kəsə borcu var. Azərbaycanın rayonlarında icra hakimləri onun əlindən zar edir. Hara gedirsə, pul istəyir. Deyir ki, mənə hədiyyələr verib. Onun pulu var mənə hədiyyə alsın? Onu hədiyyələrin içində basdıraram. Ağlı gedib, bir ayağına başqa, digərinə başqa çəkmə geyir. Elza ayaqlarımı yuyubsa, deməli, çox cılız şəxsdir, ayaq yumaq onun borcudur”.
Rəqsanə