“Oğlum balacadır, ona görə bütün vaxtımı ona ayırıram”.
Bunu Teleqraf.com-a açıqlamasında müğənni Xatirə İslam deyib: “Oğlum balacadır və günümü onunla keçirirəm. Buna görə istədiyim yerə, idmana gedə və hətta pəhriz də saxlaya bilmirəm. Ümumiyyətlə, uşaqla yaradıcılığımda heç nə edə bilmirəm. Ona görə də sözün düzü işlərim alt-üst vəziyyətdədir. Hələ ki, konsert vermək də düşünmürəm. Məndə bir az tənbəlləşmə gedir. Allahın köməyi ilə yeni mahnı ifa edəcəm. Üzərində hazırlıq gedir”.
Müğənni “İnstaqram”da yazdığı aqressiv rəylərlə bağlı fikirlərini də bildirdi: “İnsan gün ərzində aqressiv də, yaxşı da ola bilər. Amma qalmaqallı insan deyiləm və “İnstaqram”da da çox vaxt keçirmirəm”.
İfaçının son paylaşımını təqdim edirik: "Ey bütün günü halallıqdan danışan adamcıqlar, özünü mənə dost kimi göstərənlər, siz elə bilirsiniz mən sizin mehriban düşmən olduğunuzu bilmirəm. Uşaq olarsan. Bu gün yedin haram çörək, sabah qusarsan".
Rəqsanə Həsənova