15 Sentyabr 2015 18:16
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən nə caduya, nə də göz nəzərə inanıram”.

Bunu Teleqraf.com-a Xalq artisti Flora Kərimova bildirib: “Yalnız Allahın yazısına inanıram. Bir şeyi dəqiq bilirəm ki, özü yazısını, əmrini dəyişdi, dəyişdi. Əks təqdirdə heç bir insanın cadu ilə heç kimə nə isə etməyə gücü çatmaz. Hər şey - xoşbəxtliyimiz də, qara günlərimiz də onun əlindədir. Eşitmişdim ki, bir qadın hər yerdə şəkilim ilə gəzir. Hələ ki, sağ-salamatam, nəfəs alıram, həyatımdan məmnunam, övladlarımla xoşbəxtəm. Allah yazan taleni itkisi və sevinci ilə yaşayıram. Yaradan heç vaxt məni sındırmayıb, diz üstə çökdürməyib. Qismətimə görə şükür edirəm və hələ ki, qanadının altındayam”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər