16 Sentyabr 2015 12:52
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni İzzət Bağırov konsertinin məşqlərini davam etdirir.

Müğənni Teleqraf.com-a konsertin bu dərəcədə məsuliyyət tələb edəcəyini düşünmədiyini açıqlayıb: “Bu işə başlayanda bilirdim ki, çətindir, məsuliyyət tələb edir. Ancaq əvvəllər konsert vermək daha asan idi. İndi insanları təəccübləndirmək çətindir, yenilik, fərqli işıq effektləri, rəqslər görmək istəyirlər. Bütün bunları hazırlamaq çox çətindir. Tamaşaçı izlədiyi konsertin necə çətinliklə ərsəyə gəldiyini tam dərk edə bilməz. Gərək müğənninin yerində olsun ki, anlasın. Hər işimin üstündə özüm dayanıram. Hər detalına incəliklə diqqət yetirirəm ki, konsertdə kiçik bir səhv belə olmasın. Repertuarıma sevilən mahnılarımı salmışam. Aralarında türk mahnıları da var. Allahın köməyi ilə sentyabrın 18- də möhtəşəm bir konsert tamaşaçıları gözləyir”.

Qeyd edək ki, “Mənim dünyam” adlanan konsertin musiqi rəhbəri isə Hüseyn Məhəmmədoğludur.

İzzət Bağırovun konsert öncəsi məşqindən fotoları təqdim edirik.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər