ATV telekanalında yayımlanan “Azərbaycanın səsi” yarışmasında gərgin anlar yaşanıb.
Münsif kürsüsündə əyləşən müğənni Nadir Qafarzadə açıqlması ilə hamını təəccübləndirib. O, tələbəsi Yeganə Orucovanı dəstəkləməsinin söz-söhbətə səbəb olduğunu vurğulayıb:
“Bəzi iştirakçılar arasında belə bir şayiə yayılıb ki, “Mən tələbəm Yeganə Orucova ilə sevgiliyəm”. Çox ayıb olsun ki, belə bir dedi-qodu yayıblar. Bu qız mənim övladım yerindədir. Hətta yaşca mənim oğlumdan da balacadır. Necə sevgi macərası yaşaya bilərəm ki? Çox xahiş edirəm ki, bu cür söz-söhbətlərə son qoyasınız. Bəli, mən öz tələbəmin ifasını bəyənirəm. Ona səs göndərmişəm. Dəstəkləyirəm, dəstəkləyəcəm də. İstəyirəm ki, İstanbulda keçiriləcək “Türkvision” yarışmasında ölkəmizi layiqli iştirakçı təmsil etsin”.
Verilişin sonunda səsvermənin nəticələrinə görə, N.Qafarzadənin tələbəsi Y.Orucova növbəti mərhələyə keçib. Onun bu qələbəsi digər tələbə Fidan Həmzəyevanı özündən çıxarıb. O, N.Qafarzadəyə “Münsif kimi sizi seçməyim yanlış idi”, deyərək, səhnəni tərk edib. Canlı yayım bitəndən sonra isə F.Həmzəyevanın anası ilə N.Qafarzadə arasında mübahisə düşüb. Telekanalın əməkdaşlarının müdaxiləsindən sonra ara sakitləşib./Axşam.az/