Tanınmış modelyer Gülnarə Xəlilovanın model qismində podiuma çıxması “İpək yolu” IV Avrasiya Beynəlxalq Geyim Festivalının ən maraqlı məqamlarından biri olub.
Teleqraf. com xəbər verir ki, G. Xəlilova məşhur özbək dizayneri Hafiz Xanın (Khafiz Khan) kolleksiyasının dəfiləsində iştirak edib.
G. Xəlilova bildirib ki, dəfilədə iştirakı alqışlara səbəb olub: “Məşhur özbək dizayneri Hafiz Xanının dəfiləsi zamanı podiuma çıxdım. Çıxışım tamaşaçıların gurultulu alqışına səbəb oldu. Hətta Rusiyanın tanınmış dizayneri, bakılı Raf Sərdarov dəfilədən sonra mənə dedi ki, “bəli, sən əsl aktrisasan, mənə çox xoş idi”.
Xatırladaq ki, G. Xəlilovanın “Bakı-2015” I Avropa Oyunlarına həsr edilmiş Azərbaycanın milli geyimlərindən ibarət kolleksiyası nüfuzlu "Master Exibition & Performance Award" mükafatına layiq görülüb.
Rəqsanə