17 Sentyabr 2015 10:22
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Tünzalə Əliyeva seriallar haqqında danışıb.

O, Teleqraf.com-a bildirdi ki, “Qardaşlar” serialına çəkilir. Onun sözlərinə görə, çəkildiyi seriallar ilə yanaşı digər serialları da izləyir: “Vaxtım olanda digər seriallarımızı da izləyirəm. Əsas odur ki, Azərbaycanda seriallar çəkilməyə başlayıb. Ortada iş var. Düzdü, iki-üç serial var, çox sevinirəm ki, çəkilir. Peşəkarlığa gəlincə ola bilər ki, mənim də aktrisa kimi səhvlərim var. Hər dəfə öz obrazlarıma baxıb səhvlərimi düzəltməyə çalışıram. Seriallara isə səhv axtarmaq, tənqidi nöqteyi nəzərdən baxmıram. Dostlarımın oyununa baxıram”.

Əməkdar artist çəkisini azaltmağından da danışdı: “Hazırda çəkimi itirmək üçün pəhriz saxlayıram və idmana gedirəm. Əməliyyat etdirmək fikrim yoxdur. 42 kq çəki itirmişəm”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər