Aparıcı Elgiz Əkbər “Günə baxan” verilişində şəxsi həyatı haqqında danışıb.
Teleqraf.com xəbər verir ki, aparıcı kişi-qadın münasibətlərindən danışaraq bildirib ki, münasibətlər sivil qaydada qurulmalıdır. Onun sözlərinə görə, ailəli adam evinə vaxtında getməlidir: “Köklərimiz unudulmamalıdır. Ailəli adamam və saat 10 olan kimi dostlarıma evə gedəcəyimi deyirəm. Həmin an başlayırlar ki, “Sən arvadından qorxursan”. Arvaddan niyə qorxum, məni öldürəcək? Hörmət etmək lazımdır”.
Qeyd edək ki, E.Əkbər bu ilin mayında Əsmər adlı xanımla ailə qurub.
Rəqsanə Həsənova