18 Sentyabr 2015 10:25
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yayımlanan ən məşhur şoulardan biri olan "America's Got Talent"a qatılan azərbaycanlı Üzeyir Novruzov final çıxışı ilə hər kəsi heyrətləndirib.

Axşam.az-ın məlumatına görə, azərbaycanlı Çarli Çaplin kimi tanınan akrobat maraqlı şousu ilə yanaşı “Freelusion” qrupunun rəqs nömrəsində də iştirak edib.

Ü.Novruzov bir neçə aydır davam edən müsabiqədə hər dəfə maraqlı nömrələri ilə izləyiciləri heyrətləndirib. O, ilk onluğa qədər gəlib çatıb.

Qeyd edək ki, şounun qalibi stand-up-çı Pol Zerdin olub. Yarışmanın qaydasına uyğun olaraq, qalibə 1 milyon dollar verilib.


Müəllif:

Oxşar xəbərlər