19 Sentyabr 2015 12:04
4 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Vüsalə Əlizadə şəxsi həyatı haqqında maraqlı açıqlamar verib.

Bu haqda Teleqraf.com-a danışan aparıcı evlilik təklifləri aldığını, amma qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, ikinci dəfə evlənsə, daha ağıllı qərarlar nəticəsində ailə quracaq: “Hazırda ikinci dəfə ailə qurmağı düşünmürəm. Amma dəqiq heç nə deyə bilmərəm. Çünki həyat bəzən elə sillələr vurur ki, sonradan dediklərinə və etdiklərinə görə peşman olursan. Ona görə də sabah nə yaşayacağımı bilmirəm. Bəlkə də sabah elə bir insan olacaq ki, ikinci dəfə ailə quracam. Amma hələ ki, fikirləşmirəm. Evlilik təklifləri olur, qəbul etmirəm. Yəqin ki, ikinci dəfə evlənsəm, həmin insana qarşı şərtlərim olacaq və daha ağıllı qərar verəcəm. Çox güclü xanımam. Zahirən balaca görsənə bilərəm, amma gücüm çoxdur. Xərçəng bürcüyəm və xərçəng tora düşəndə, ayağıı kəsiləndə də yenidən inkişaf edir və heç vaxt əyilmir. Mən də onun özümdə hiss etmişəm. Bəlkə də bir müddət sönə, o ab-hava məni sıxa bilər, çərçivəyə düşə bilərəm. Amma tezliklə o məngənləri dağıda bilirəm. Qadın hər şeyə qadirdir”.

“Qardaşlar”serialına çəkilən aparıcı obrazından da danışıb: “Obrazımın adı Dənizdir. Deyilənə görə obrazımın öhdəsindən yaxşı gəlirəm. Rejissorlarımıza deyirəm ki, məni ifritə etmisiniz. Hamı deyir ki, ifritəsən, həyazsızsan. Kaş ki Dəniz obrazında olan naz-qəmzə, sözünü demək bacarığı məndə də olaydı”.

Qeyd edək ki, aparıcı ilə Azər İsmayılov bir müddət əvvəl ayrılıblar və bir qızları var.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər