Müğənni Çingiz Mustafayev geyimlərindən danışıb.
O, Teleqraf.com-a bildirib ki, stilisti yoxdur və öz zövqü ilə geyinir. Çingiz Mustafayev onu da qeyd edib ki, qarderobunda iki manatlıq paltar da var: “Öz imicimə uyğun geyinməyə çalışıram. Qətiyyən marka asıllığım yoxdur və ona da pis baxıram. Mənim qarderobumda iki manatlıq da, 100 manatlıq da paltar var. Paltar qiymətindən aslı olmayaraq, xoşuma gəlirsə, alıram. İnsanlar var ki, berndinə görə paltar alır, amma geyindikdə yaxşı qalmır. Əsas odur ki, paltarın keyfiyyəti yaxşı olsun və sənə yaraşıb-yaraşmamısına fikir vermək lazımdır”.
Yaxın günlərdə yeni klipini təqdim edən müğənni kliplərinə maliyyə xərcləmədiyini də bildirib: “Klipin rejissorluğunu özüm edirəm. Və yaxın dostumla çiyin- çiyinə işləyirik”.
Ç. Mustafayev dinlədiyi ifaçıların da adını açıqlayıb: “Sevda Ələkbərzadə, İlqar Muradov, Eyyub Yaqubov və Tünzalə Ağayevanın mahnılarını çox bəyənirəm və dinləyirəm”.
Rəqsanə