20 Sentyabr 2015 16:14
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Top-model və aktrisa Pamela Anderson nişan üzüyünü satır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa üzüyün satışından əldə edəcəyi gəliri öz adına olan xeyriyyə fonduna bağışlayacaq.

Qeyd edək ki, bu üzüyü Pamelaya keçmiş həyat yoldaşı Rik Salomon hədiyyə etmişdi. 3.24 karat brilliantdan hazırlanan zərgərlik məmulatı “Tiffany”dəndir.

“Ümid edirəm ki, bu nadir əşyanın satışı kiməsə xoşbəxtlik gətirəcək. Gəlirlər “The Pamela Anderson Foundation”a gedəcək”, - deyə P.Anderson açıqlama verib. Üzük 100 milyon dollara hərraca qoyulacaq.

Xatırladaq ki, Pamela ilə Rik 2007-2008 və 2014-2015-ci illərdə ailəli olub.





Müəllif:

Oxşar xəbərlər