21 Sentyabr 2015 13:30
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı İlkin Həsəni ANS telekanalı ilə məhkəmə çəkişməsindən danışıb.

Aparıcı Teleqrfa.com-a bildirib ki, məhkəmənin qərarı hələ açıqlanmayıb. O, qeyd edib ki, məhkəmənin nəticəsini gözləyir: “Məhkəmənin nəticəsini gözləyirəm. Vəkilim nə deyəcəksə, nəticəni bildirəcəm. Yaxın günlərdə məhkəmə qərarını verəcək”.

Qeyd edək ki, İ. Həsəni sosial şəbəkədə ANS telekanalının ünvanına xoşagəlməz ifadələr işlətmişdi. Və buna görə telekanal aparıcını məhkəməyə verib.

Aparıcı “Axırıncı yol” filminin çəkilişlərindən və maliyyəsindən də danışdı: “Filmlərin çəkilişinə hava şəraiti mane oldu. Hava düzəldikdən sonra da bizim Fəlakətimizlə fəlakət yaşadıq. Səhhəti ilə bağlı bütün heyət Bakıya gələsi oldu. Hazırda filmin çəkilişləri Bakıda davam edir. İnşallah, filmi 2016- cı ildə təqdim edəcəyik. FilmAzərbaycan bütün kinoteatrlarında və bölgələmizdəki kinoteatrlarda nümayiş olunacaq. Bəzi cəzaçəkmə müəssilərində də xüsusi yayımlar çəkəcəyik. Ümumiyətlə, komediya janrında çəkilən bütün filmləri izləyirik. Azərbaycanın kommersiya film sektoru ötən ildən ayağa durub. Bu il də həmin ənənəni davam etdiririk. İlk işlərimiz bir az zəif ola bilər. Amma davam etdikcə hamıya söz vermişik ki, daha da keyfiyyətli çəkəcəyik. Bu filmin maliyyəsi keçən dəfəkinə nisbətən iki dəfə çoxdur. Amma maliyyəni açıqlamayacam. Eləcə də ssenari və çəkiliş baxımından on dəfə ondan keyfiyyətlidir. Keyfiyyəti hərtətrliartırmışıq. İnşallah, filmi təqdim edən zaman bu keyfiyyəti görəcəklər”.

Qeyd edək ki, İ. Həsəni sosial şəbəkədə ANS telekanalının ünvanına xoşagəlməz ifadələr işlətmişdi. Və buna görə telekanal aparıcını məhkəməyə verib.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər