Əxlaqsızlıq yuvası saxlamaqda təqsirli bilinərək həbs edilən Maral Tahirqızının kasasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.
Ali Məhkləmədən Teleqraf.com-a verilən məlumata görə, Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından verilən kasasiya şikayətinə noyabrın 10-da baxılacaq.
Məlumata görə, kasasiya şikayəti hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada araşdırılacaq.
Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsində, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Maral Tahirqızı apelyasiya şikayətinə istintaq aparılmadan baxılmasını istəyib. Bu səbəbdən Maral Tahırqızının müdafiəçisi apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılması üçün Ali Məhkəməyə kasasiya şikayəti verib. Apelyasiya instansiyasında məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Maral Tahirqızı Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıdan məhrum edilib. Maral Tahirqızı məhkəmə zalında həbs olunub.
Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hacı Zeynalov