“Bozbash Pictures” in Şirini - aktyor Nicat Rəhimov şəxsi həyatı ilə bağlı açıqlama verib.
Aktyorun Teleqraf.com-a açıqlamasına görə, gələn il evlənmək istəyir. O, bildirib ki, aktrisa və müğənni xanımla evlənməyə pis baxmır: “Gələn il evlənmək fikrim var, amma hazırda həyatımda heç kim yoxdur. Gələn il toy etmək istəyirəm. Aktrisa xanımla da evlənə bilərəm. Aktrisa xanımlara nə olub ki? Ümumiyyətlə, aktrisa ilə evlənməyə də pis baxmıram. Həyatda hər şey ola bilər. Heç kim əvvəlcədən deyə bilməz ki, aktrisa, müğənni ilə evlənmərəm”.
Rəqsanə Həsənova