23 Sentyabr 2015 12:09
4 852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Pərvin Abıyeva şəxsi həyatı haqqında maraqlı açıqlamalar verib.

O, Teleqraf.com-a bildirib ki, nişanlıdır və gələn il toyu olacaq. Aktrisanın sözlərinə görə, nişanlısı sənətlə bağlı heç bir məhdudiyyət qoymur: “Gələn il toy olacaq, inşallah. Düzdür, nişan rəsmi olmayıb və yaxın günlərdə olacaq. Nişanlımın şou-biznesə aidiyyatı yoxdur. İş adamıdır və bizneslə məşğul olur. Toy bu il deyil, gələn il olacaq, çünki 2015-ci ilin bitməsinə az vaxt qalıb. Onu da deyim ki, nişanlım sənətdə mənim üçün heç bir qadağa qoymur, əksinə dəstəkləyir. Bir kişiyə lazım olan odur ki, qadın onu sevsin, xəyanət etməsin, yalan danışmasın. Şükür Allaha, o xüsusiyyətlərin də heç biri məndə yoxdur”.

Aktrisa ailəsinin sənətinə münasibətindən danışdı: “Sənətimi ailəm də dəstəkləyir və hər zaman arxamda dururlar. Sənətimə görə heç vaxt ailəmdən icazə almamışam. Yalnız bildirmişəm ki, filan işi görəcəm və məlumatınız olsun. Onlar da mənə deyiblər ki, işini ağıl ilə gör! Mənə güvənirlər”.

P. Abıyeva mətbuatda onun haqqında yazılan xəbərlərə də münasibət bildirdi: “Saytlardan biri erotik filmə çəkilməyim haqqında yanlış məlumat vermişdi. Mənim sözümü yox, onlara sərf edən tərzdə başlıq qoymuşdular. Mən demişdim ki, Azərbaycanda erotik səhnələrə məhdudiyyət ola bilər. Və mən də o cür filmlərə çəkilməyi qəbul etmirəm. Amma elə yazmışdılar ki, guya mən erotik filmlərə çəkilərəm və elə təkliflər gəlir”.

Rəqsanə Həsənova

FOTO: Rəşad Abbasov


Müəllif:

Oxşar xəbərlər