“Evlilik təklifləri alıram, amma evlənməyi düşünmürəm”.
Bunu Teleqraf.com-a aparıcı Kəmalə Priyeva bildirib. Aparıcı vurğulayıb ki, yaxın zamanlarda evlənmək istəmir: “Ümumiyyətlə, evlənmək haqqında planlarım yoxdur. Həyatımda isə sevdiyim insan var, amma hələ ki, evlənmək istəmirəm. Hər həyatında kimsə olan evlənir? Evlilikdən qorxmuram. Sadəcə olaraq, hələ uzun müddət evlənməyəcəyəm. İşləyirəm və həyatımı bu istiqamətdə davam etdirmək istəyirəm”.
Aparıcı aktrisalıq fəaliyyətindən də danışdı: “Çoxdandır ki, aktrisa kimi də fəaliyyət göstərirəm. 2012-ci ildə “Sirr” serialına çəkilmişəm. Daha sonra filmlərdə və hətta Gənc Tamaşaçılar Teatrında “Məhv olmuş gündəliklər” tamaşasında oynamışam. Teatr çox qəlizdi, demək olar ki, sənin bütün vaxtını alır . Özünü tamamilə teatra həsr etməlisən. Amma sənət ocağında işləmək xoşuma gəlir. Və istəyirəm ki, yenidən teatrda bir-iki tamaşalarda iştirak edim”.
K. Priyeva yeni verilişi haqqında da məlumat verdi: “Qaça-qaç” verilişi ilə ekrana qayıdıram. Artıq çəkilişlərinin etmişik və çox maraqlı layihədir. Yarışma proqramıdır. Tam açıqlama vermək istəmirəm ki, tamaşaçılar üçün sürpriz olsun”.
Rəqsanə Həsənova