Oksana gəlinlik geyinib sosial şəbəkədə şəkillərini paylaşıb.
Publika.az xəbər verir ki, şəkillər “Brat Li” filminin çəkilişlərindəndir.
Qeyd edək ki, filmin çəkilişləri, demək olar ki, bitib. Komediya janrında “Brat Li" adlı filmi azərbaycanlı ssenarist - rejissor Nicat Rzazadə çəkib. Baş rolda döyüş sənətləri üzrə dünyanın məşhur döyüş ustası və aktyoru Brüs Linin yalnız xarici görkəmcə deyil, həmçinin hərəkətləri ilə qüsursuz bənzəri olan 21 yaşlı Əfqanıstan vətəndaşı Abbas Əlizadə çəkilib.