27 Sentyabr 2015 10:28
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə həftədir Nisə Qasımova və Brilliant Dadaşova arasında davam edən qalmaqala tərəflərdən biri münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Briliant Dadaşova "ATV maqazin"ə açıqlamasında həmkarından küsmədiyini deyib: "Nisə xanımdan niyə küsməliyəm ki? Görmüsünüz ki, onun ünvanına xoşgəlməz söz işlədim? Heç nəyə son qoymaq yaxud da başlamaq fikrində deyiləm. Kim necə istəyir həyatda elə yaşayır. Səhnəyə, tamaşaçı qarşısına çıxan insan öz daxili aləmini, niyyətini göstərir. Aramızda heç bir problem yoxdur. Musiqi mənim dediyim sözdür və kimi dinləyəcəyini isə tamaşaçı özü seçir".

Nisə Qasımova isə mövqeyini dəyişmir: "Mənim ünvanıma o insanlar daş atdılar ki, onları bacım, özüm qədər sevmişdim. Bostanıma atılan daşların sahiblərini görəndə çox məyus oldum. Və düşündüm ki, budur sənətdə qiymət!".

Bu qalmaqala xalq artisti Flora Kərimova da münasibət bildirdi: "Hər ikisi də gözəl müğənnidir və sənətkardır. Bəzən elə olur ki, bir-birinin xətrinə dəyəndə o sözdən keçmək olmur. Ürək inciyəndə barışmaq çətindir. Hər ikisinin öz həqiqəti var. Və onları sənətkar kimi paralel qoya bilərəm. Kiminsə yaxşı, kiminsə pis olduğunu düşünmək çətindir. Əgər bir-birinin çox xətirlərinə dəyməyiblərsə, barışsalar yaxşıdır".

Qeyd edək ki, xalq artistləri arasında qalmaqalın səbəbi B.Dadaşovanın "Yalvarıram" mahnısını Nisə Qasımovadan icazəsiz oxumasıdır.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər