Məşhur müğənni Cennifer Lopezin ilk əri Odcani Noa onun videolarını yayımlamağa hazırlaşır.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, cütlük ayrılan zaman imzalanan müqaviləyə əsasən Noa Lopezlə olan videoları yayımlaya bilməz. Ancaq Odcaninin tərəfdaşı müqavilədə boşluq tapdıqlarını və buna əsasən videonu yayımlayacaqlarını deyib.
"Biz DVD hazırlayağıq. Həmin kadrlarda Cennifer paltarsızdır. Video cütlüyün bal ayı zamanı çəkilib".
Qeyd edək ki, bu, keçmiş cütlük arasında ilk qalmqal deyil. Daha əvvəl o, susmaq qarşılığında Cennifer Lopezdən 3,75 milyon dollar istəmişdi.
Rüstəm