Müğənni Nazəninin həyat yoldaşı Məhəbbət Həsənov Təranə Qumralı məhkəməyə verib. İlk olaraq bildirək ki, bir müddət əvvəl Təranə Qumral ANS-də yayımlanan “Bazar səhəri” verilişində Nazəninin Musa Musayevlə münasibətdə olduğunu qeyd etmişdi. Bu hadisəyə görə məhkəməyə müraciət edildikdən sonra isə sübuta yetirilmişdi ki, Təranə Qumralın Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovla münasibəti olub.
Bu barədə Teleqraf.com-a açıqlama verən Nazəninin həyat yoldaşı Məhəbbət Həsənov indiyə qədər susmağının səbəbini açıqlayıb. Təranə Qumralın həyat yoldaşını təhqir etdikdən sonra susmağa ehtiyacın qalmadığını deyən M.Həsənov Nazəninə dəstək olduğunu bildirib: “Təranə Qumral mənimlə intim münasibətdə olub və bunu məhkəmədə də sübut etmişəm. Mənə yazdığı mesajlar hazırda da telefonumda var. İntim mesajlar və onunla görüşdüyüm məkanlar məhkəmədə açıqlanıb və sübuta yetirilib. Təranə Qumral bildirdi ki, Nazənin xanımın Musa Musayevdə gözü var. Mən rəsmi olaraq açıqlayıram ki, o xanımla intim münasibətim olub. Və sual verirəm ki, Təranə Qumral mənim məşuqum sayılır, ya yox? Musa Musayev hələ də ətrafında baş verənlərdən, arvadı haqqında səsləndirlənlərdən xəbərsizdir? Yenə də göz yumur?”
Məhkəmə haqqında məlumat verən Məhəbbət Həsənovun vəkili Adəm Məmmədov qeyd edib ki, Təranə Qumral “İnstagram” səhifəsini silməklə və həmin səhifənin ona aid olmamasını qeyd etməklə hüquq-mühafizə orqanlarından yayına bilməz: “Hüquq-mühafizə orqanları “İnstagram” səhifəsinin kim tərəfindən istifadə edildiyini asanlıqla təyin edə bilirlər. Bu addımları ilə Təranə xanım qanundan yayına bilməz. Azərbaycan Respublikası qanunları hər kəs üçün alidir və buna görə də o, işlətdiyi təhqiramiz ifadələrə görə qanun qarşısında cavab verməli, üzr istəməli, maddi təzminat ödəməlidir”.
Nazəninin mətbuat xidmətinin rəhbəri Tahirə Məmmədqızı isə artıq məhkəmənin birinci hissəsinin keçirildiyini bildirdi: “Məhkəmə Təranə Qumralın 100 min manat təzminat verməsinə qərar verib. Təranə xanım Azərbaycan Respublikasının qanunundan kənara çıxa bilməz. Təranə Qumral Nazənin xanımın ərinin şəklini paylaşıb və təhqiramiz ifadələr işlədib. Və məhkəməyə müraciət olunduqdan sonra Təranə Qumral şəxsi “İnstagram” səhifəsindən imtina edib. Nazənin xanım və həyat yoldaşının münasibətlərinə gəlincə, hər bir ailədə söz-söhbət və problemlər olur. Onlar ailələrinin dağılmaması üçün biri-birini başa düşdülər. Problemi öz aralarında həll etdilər”.
Rəqsanə