Tanınmış türk müğənnisi İbrahim Tatlısəs Türkiyə Böyük Millət Məclisinə (TBMM) deputatlığa namizədliyini geri götürüb.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İbrahim Tatlısəs sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, AKP-nin Şanlıurfadan millət vəkilliyinə namizədi Faruk Çəliklə etdiyi telefon söhbətindən sonra deputat olmaq iddiasından vaz keçib.
Xatırladaq ki, Şanlıurfadan millət vəkili olmaq istəyən İbrahim Tatlısəs 2011-ci ildə keçirilən seçkilərdən öncə AKP-dən namizədliyini irəli sürməyə çalışsa da, ancaq hakim partiya bunu qəbul etməyib. Bundan sonra İbrahim Tatlısəs müstəqil şəkildə namizədliyini irəli sürüb.