Qəza nəticəsində dünyasını dəyişən mərhum aktyor Pol Uokerin qızı "Porsche" avtomobil nəhəngini məhkəməyə verib.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Aktyorun qızı Midoy Reyn Uoker qəzanın 2005-ci il modeli olan Porsche Carrera GT-dəki nasazlığa görə olduğunu deyib.
"Təhlükəsizlik kəməri elə hazırlanıbki, qəza zamanı ani olaraq Polu geri çəkib. Nəticədə onun qabırğa və çanaq sümükləri qırılıb. O, 1dəqiqə 20 saniyədən çox avtomobil alışana qədər orda qalıb"-bunu vəkil Ceff Milam bildirib.
"Porsche" şirkətinin rəsmiləri hələki ittihamlara şərh verməyiblər.
Rüstəm