Azərbaycanlı model Günay Musayeva bu yaxınlarda boşandığı həyat yoldaşı Tolqa Karel haqqında danışıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, model jurnalistlərlə söhbətində aktyorun daha öncə oğulları Cihangir üçün yenidən bir araya gəlməyi təklif etdiyini deyib.
"Barışmaq artıq mümkün deyil. Hələ boşanmamış mənə xəyanət etdi. Üstəlik mənə qarşı fiziki zorakılıqdan istifadə etdi. Bunlar baş verdiyi üçün ayrıldıq. Bir adamın xasiyyəti dəyişməz. Alma ağacında armud yetişməz..."
Qurban bayramını oğlu ilə keçirən G.Musayeva "Atası oğlumun yanında deyildi. Atasız böyüməyə öyrəşmişik artıq" deyib.
Qeyd edək ki, 2011-ci ildə ailə quran Günay və Tolqanın Cihangircan adlı oğulları var. Onlar bu yaxınlarda rəsmi şəkildə boşanıblar.