1 Oktyabr 2015 16:35
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti Mənsum İbrahimovun ad günüdür.

Xalq artisti Teleqraf.com-a ad günü təəssüratlarını bölüşdü və qeyd etdi ki, dostları, tələbələri və tamaşaçılarından təbriklər alır.

55 yaşını qeyd edən M. İbrahimov ilk təbrikini 11 yaşlı oğlundan aldığını vurğuladı: “Gecə saatlarından etibarən çoxlu təbriklər alıram. Xarici ölkələrdən də təbrik edənlər var. Bu, mənim üçün çox xoşdur, böyük bir diqqətdir. Amma mən dayanıb gözləmirəm ki, kim məni təbrik etdi, yaxud da etmədi. Təbrik edən də, etməyən də sağ olsun. Allahıma şükür edirəm ki, bu ömrü mənə verib və onu hədər yaşamamışam. Sənətimə, xalqıma xidmət edirəm. Bu il ad günümü öz təşəbbüsüm ilə oktyabrın 4-də Ağdamda əsgərlərlə və məcburi köçkünlərimizlə keçirəcəm. Konsertə Ağdamdan olan bütün sənətkarlarımızı da dəvət etmişəm. Mənim üçün ən böyük hədiyyə Ağdamdakı konsertimdir və arzum odur ki, növbəti ad günümü işğaldan azad olmuş Qarabağ torpaqlarında keçirim. Mən dövlətimin sənətkarıyam və bundan böyük fəxr ola bilməz.

Oğlum İbrahim isə mənə saat və parfüm hədiyyə etdi. Qızlarım da təbrik etdilər və öz istəklərini bildirdilər. Hətta Budapeştdə yaşayan qızım dünən nəvəm ilə birlikdə zəng etdi. Ad günümü axşam məkanların birində yaxın dostlarla qeyd edəcəyik. Sabah da ailəmlə evdə qeyd edəcəm”.

Xalq artisti onu da dedi ki, bu illər ərzində ömrümü hədər keçirməyib: “Hər zaman vaxtımın boş keçməməsinə çalışıram. İnsanın ömrü çox qısadır. Nə qədər imkanım var, gənclərə sənətlə bağlı əl tuturam. Sənətimə xidmət edirəm. Hər yaşda insanın həyata baxışı dəyişir. İnsan müdriklik yaşına daxil olur, daha da təmkinli olur və kövrəkləşir. Həyatın qanunu belədir”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər