Son günlər fəaliyyətini dayandıran verilişlər sırasında “Space” kanalında yeni mövsümdə yayımlanan “Qonşu-qonşuya” verilişi də var.
Verilişin aparıcısı Musiqili Teatrın aktrisası Telli Hüseynova idi.
Bu barədə Teleqraf.com-a danışan aktrisa verilişin “Soy production” tərəfindən çəkildiyini və rəhbərlik tərəfindən bağlanıldığını bildirdi. Onun sözlərinə görə, verilişin formatının dəyişdiriləcəyi və bu səbəbdən bağlandığı bildirilib: “Bizim verilişlə yanaşı bir çox verilişlərin fəaliyyəti dayandırılıb. Bəlkə də verilişdə dəyişiklik etmək istəyirlər, yaxud da düşünürlər ki, jurnalistikadan anlayışımın yoxdur, qeyri-peşəkararam. Amma veriliş tamaşaçıların çox xoşuna gəlirdi. Çünki bütün verilişlərdə problemlər qabardılırdı, amma mənim verilişim əyləncəli idi. Tamaşaçılar bildirirdi ki, Telli xanım, sizin verilişiniz qeyri-adidir və digər verilişlərə bənzəmir”
Qeyd edək ki, T.Hüseynova yeni mövsümdə “Günə baxan” verilişində aparıcılıq edirdi.
Rəqsanə