Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva formada qalmağının və arqılamağının sirrini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, gənc müğənni bu haqda “İnstagram” səhifəsində məlumat verib. O qeyd edib ki, arıqlamağına görə düzgün qidalanma, yoqa dərslərinə borcludur: “Nəhayət 52 kiloqram olmuşam. İki ildir ki, çəkim 54-dən aşağı düşmürdü. Formada qalmaq üçün əsas qidalanmadır. Belə ki, 60 faiz qidalanma, 40 faiz isə idmanla məşğul olmaq lazımdır”.
Qeyd edək ki, Aynişan Quliyeva Türkiyədə təhsil alır və işləyir.
Rəqsanə Həsənova