Müğənni Günay İbrahimli geyimini tənqid edənlərdən danışıb.
Müğənninin Teleqraf.com-a açıqlamasına görə, tənqidi normal qarşılayır. Onun sözlərinə görə tənqid eşitdiyi qədər də, müsbət fikirlər eşidir: “Geyimlərimi seçərkən stilistlə məsləhətləşirəm. Geyindiyim bütün paltarlar özümə məxsusdur. Konsertimdə geyimimə görə çox tənqid olundum, o da normaldır. Amma tənqid qədər müsbət rəylər də gəlmişdi. Konsertə geyindiyim paltarlara görə peşman deyiləm. Bu gün konsert geyimi ilə bura gəlsəydim, tənqid edərdilər və hətta daşlaya da bilərdilər. Hər yerin öz geyimi var. Geyimimə çox pul xərcləyirəm. Mahnılarıma xərclədiyim qədər pul xərcləyirəm. Müğənni üçün geyim də mahnı qədər vacibdir. Ay ərzində nə qədər xərclədiyimi deyə bilmərəm. Çünki dəqiq hesablamamışam. Amma son vaxtlar paltara çox xərcləmirəm. Ona xərclədiyim pulu başqa sahəyə sərf etmək istəyirəm. Çünki vaxtilə paltara çox xərcləmişəm”.
Fanatları ilə görüş keçirən müğənni imza günündən də danışdı: “Çoxdandır ki, imza günü keçirməyi planlaşdırırdıq. Amma hans gün keçirəcəyimizi bilmirdik. Yaxın günlərdə “Sənə bağlanıram” adlı albomum işıq üzü gördü, amma fanatlarımla görüşməmişdim. İmza günü gözlədiyimdən də gözəl keçdi. İlk dəfə keçirdiyimə görə, risk idi. Amma çox razı qaldım”.
Rəqsanə Həsənova