Müğənni Nadir Qafarzadə bir müddət əvvəl qalmaqal yaşadığı xalq artisti Flora Kərimova ilə barışıq elan edib.
Teleqraf.com xəbər verir ki, müğənni bu haqda sosial şəbəkədə məlumat verib. Və “İnstagram”da xalq artisti ilə fotosunu paylaşaraq “O xanımı sevirəm və bilirəm ki, o da məni çox istəyir. Kinli insan deyiləm və Allah hamının ürəyinə görə versin” deyə bildirib.
Qeyd edək ki, Nadir Qafarzadə ilə xalq artisti arasında “Nanəli” verilişində qalmaqal yaşanmışdı. Müğənninin xalq artistinə gec salam verməsi qalmaqala səbəb oldu və F. Kərimova “Sənə çörəyi mən vermişəm” deyərək etirazını bildirmişdi.
Rəqsanə