9 Oktyabr 2015 17:33
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə ilə xalq artisti Flora Kərimova arasında ATV-nin “Nanəli” verilişində qalmaqal olmuşdu. Bundan sonra N.Qafarzadə xalq artistinə barışıq üçün jest edərək onu çox sevdiyini qeyd edib.

Bu barədə Teleqraf.com-a danışan Flora Kərimova da N.Qafarzadəni çox sevdiyini qeyd etdi: “Bilirəm ki, Nadir məni çox istəyir. Onun bir az səbrli olmasını diləyirəm. Mən ondan yaşca çox böyüyəm. Həyat görmüş adamam. Mən ona görə küsmüşdüm ki, Nadiri səbrli, təmkinli görmək istəyirəm. İnşallah, da elə olacaq. Həyatdır və hər şey düzələcək”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər