10 Oktyabr 2015 12:35
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar daha çox rejissorluqla məşğul olan türkiyəli müğənni Mahsun Kırmızıgül adının çəkilməsini istəməyən rus milyarderin 1 milyon 200 min dollarlıq təklifinə razılıq verməyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yenicə ekranlara çıxan, ssenarisi və rejissor işi ona aid “Möcüzə” filmi 3 milyon 737 min 605 nəfər tərəfindən izlənib. Elə bu səbəbdən də son zamanlar ona edilən bütün təklifləri əlinin tərsi ilə geri çevirir.

Türkiyə mətbuatının yazdığına görə, Azərbaycan əsilli rusiyalı iş adamı 2 saatlıq çıxışı üçün ona 400 min dollar təklif etsə də, o, bundan imtina edib. Mahsun Kırmızıgül bunun səbəbini belə açıqlayıb: “Əgər bir gün səhnəyə geri dönsəm, bu yalnız xalq konserti şəklində olacaq. Məqsədim daha çox pul qazanmaq olsaydı, mahnı söyləməyə davam edərdim”.


Müəllif:

Oxşar xəbərlər